Rusiyada aparılan soruğuların nəticələrinə görə, Prezident Vladimir Putin və Baş nazir Dmitri Medvedyevin reytinqi əvvəlki aylarla müqayisədə hissediləcək dərəcədə aşağı düşüb.
Teleqraf.com xəbər verir ki, VTSIOM sorğu mərkəzi Putinə etibar faizinin 77.3-dən 63.4-ə qədər azaldığını açıqlayıb.
Xatırladaq ki, oxşar nəticə ilk dəfə 2013-cü ildə qeydə alınmışdı.
Dmitri Medvedyevə etibar göstəricisi isə 46.6%-dən 30.3%-dək azalıb. Digər yandan, bütövlükdə Rusiya hökumətinə olan etimad 49.7%-dən 37.7%-ə enib.
Rusiyanın “Levada” Araşdırmalar Mərkəzinin mütəxəssisi Stefan Qonçarov bununla bağlı son nəticələrə münasibətini açıqlayıb. Qonçarova görə, Putin və hökumətə etimadın azalmasının səbəbi təqaüdlər və əmək haqlarının artırılması ilə bağlı islahatların keçirilməməsidir.
O eyni zamanda, yanacaq qiymətlərinin artmasının da, nəticələrə təsir etdiyini diqqətə çatdırıb.