4 İyul 2018 09:28
1 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron ölkənin Macarıstandakı səfirini vəzifəsindən uzaqlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Les Echos” nəşri məlumat yayıb.

Nəşrin xəbərinə əsasən, səfir Erik Fournier iyunun 18-də XİN və Yelisey sarayına göndərdiyi qeyddə hökumətin Macarıstan siyasətini tənqid edib. Bu da səfirə baha başa gəlib. O, tutduğu vəzifədən uzaqlaşdırılıb.

Prezident artıq Fournierin yerinə Paskal Andreanı təyin edib.

Qeyd edək ki, səfir Fournier Fransız və anqlo-saks mətbuatında Macar fobiyasının olduğunu, baş nazir Orbanın heç bir Avropa liderin nail ola bilməyəcəyi uğurunu - seçkilərdə ardıcıl üç dəfə qəlib gəldiyini bildirib. O, Orbanın miqrant siyasətini Avropa liderlərinə nümunə göstərib və macar liderinə qarşı antisemitizm ittihamlarını da əsassız adlandırıb.

Fransa Prezidenti Makron Brüsseldə verdiyi açıqlamada səfir Fournierin fikirlərini dəstəkləmədiyini, arayışın daxili yazışma və gizli mahiyyətdə olduğunu qeyd edərək, hökumətin siyasətini əks etdirmədiyini söyləyib.


Müəllif: Ruslan

Oxşar xəbərlər