4 İyul 2018 08:28
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın atom bombası texnologiyasının sirlərini Sovet İttifaqına ötürən, beləcə soyuq müharibənin başlamasına səbəb olan casuslardan birinin kimliyi 70 ildən sonra ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, İngiltərə kəşfiyyat orqanı Mİ5 tərəfindən hər addımı izlənən, ancaq yaxalanmadan əvvəl 10 il boyunca SSRİ-yə İngiltərənin nüvə texnologiyası ilə bağlı informasiya sızdıran “Erik” ləqəbli casusun gerçək adı Enqelbert Broda olub.

Nüvə araşdırma proqramının mərkəzi olan Kembric Universitetinin Cavediş laboratoriyasında işləyən avstriyalı elm adamının kimliyi KQB ilə Mİ5-in 70 ildən sonra dosyelərinin açılması ilə ortaya çıxıb. Bu SSRİ-nin dağılmasından sonra baş verib.

Mİ5 dosyesinə görə, Berti adı ilə tanınan Brodanın Sovet İttifaqının kəşfiyyatına casusluq etməsi Almaniyadan başlayıb.

Mİ5-in qeydlərinə görə, avstriyalı aristokrat ailəsində doğulan, parlaq zəkalı Broda KQB ilə ilk təmasa təhsil aldığı Berlindən başlayıb.

İfrat kommunist olan Broda Almaniyada kommunist tələbələrin lideri səviyyəsinə yüksələ bilib, buna görə nasistlər tərəfindən iki dəfə həbs edilib. Broda bu dövrdə sovet nümayəndələri ilə təmaslar qurub və sonradan gələcək xanımı olan Hilderqarde ilə tanış olub.

Bradonun gənc alim kimi İngiltərə macərası 28 yaşında olduğu zaman, 1938-ci ildə bu ölkəyə gəlməsi ilə başlayıb.

Broda 1941-ci ildə KQB-dən Sovet İttifaqının ən qiymətli casusu olmasını təmin edəcək iş təklifi alıb.

Fransız fizik Hans Halbanın rəbərliyində Kembric Universiteti Mİ5-in xəbərdarlığına baxmayaraq Brodaya nüvə reaktorları ilə bağlı iş təklifi etməsi İngiltərə maraqları baxımından çox böyük xəta olur. Məhz bundan sonra Sovetlər Birliyi Bradonun informasiya sızıntısı nəticəsində nüvə texnologiyası sahəsində rəqiblərinin səviyyəsinə gəlib çıxa bilir. Və bu da dünyada yeni silahlanma yarışının əsasını qoyur.

“Cəsus olma riski” adlı dosyedə Mİ5 Brodanın adını qeyd edib və onu Kembric Universitetinin dəyərli alimi adlandırıb. Brodan ABŞ-ın ilk atom bombası üçün nəzərdə tutulan Manhaatan layihəsi də daxil olmaqla bir sıra dəyərli informasiyaları rahat əldə etmək imkanı qazanıb.

Broda işə başlayandan bir il keçməmiş ilk məxfi informasiyaları avstriyalı dostu, fotoqraf Edit Tudor Hart vasitəsilə KQB-yə göndərir. Beləcə KQB-nin nüvə texnologiyasının sirlərinin oğurlanması planını həyata keçirir.

Dosyelərə görə, Brodanın şəxsiyyəti və kimliyi ilk olaraq kommunist bir casusun Vyanada öldürülməsindən sonra ortaya çıxır. Öldürülən casusun evində aparılan araşdırma zamanı casusluq fəaliyyətinə dair bir qovluq sənəd ələ keçirilir. Bu sənədlərdə Brodanın kuryer olaraq işlədiyinə dair informasiyalara rast gəlinir. Yetərli fakt və dəlillərə çata bilməyən Mİ5 Brodonın İngiltərədə fəaliyyətinin önünə keçə bilmir. Bu dövrdə KQB-nin casusu İngiltərədə yaşayan sol görüşlü avstriyalı qaçqınlarla təmaslarını artırır, Avstriya Kommunist Partiyasının İngiltərədəki lideri səviyyəsinə çatır.

Mİ5 Brodanın yazdığı məktublara nəzarət edir, telefon danışıqlarına qulaq asır, evini ondan xəbərsiz axtarır, atdığı addımları yaxından izləyir. Ancaq onun kommunist olduğu və elm sahəsində işlədiyindən kənar heç bir informasiya əldə edə bilmir.

Broda heç vaxt saxlanılmır və 10 il boyunca İngiltərə ilə ABŞ-ın nüvə texnologiyasının sirlərini, inkişaf tendensiyasını detallarına qədər SSRİ-yə ötürməyi bacarır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər