Ermənistanın müdafiə naziri David Tonoyan İranın İrəvandakı səfiri Seyid Kazım Səccadini qəbul edib.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi də müzakirə edilib.
İkitərəfli hərbi əməkdaşlığın müzakirə edildiyi görüşdə eyni zamanda, təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərinə də toxunulub.
Ermənistan KİV tərəflər arasında təhlükəsizlik sahəsində anlaşmaların əldə edilməsi ilə bağlı məsələ ətrafında geniş müzakirənin getdiyini diqqətə çatdırıb.