Miqrant siyasətinin necə həyata keçiriləcəyi ciddi müzakirə edilən bir ərəfədə bəlli olub ki, 2018-ci ilin I yarısında Aralıq dənizində həyatını itirən qaçqınların sayı 1400-dən çox olub.
Teleqraf.com xəbər verir ki, 2018-ci ildə Aralıq dənizi vasitəsilə Avropaya qaçmaq istəyən 1405 miqrant suda boğulub.
BMT-nin Qaçqınlar Komitəsinin Cenevrədə yaydığı açıqlamada bu rəqəmin təxmin edilən sayın 40 faizi olduğu vurğulanıb.
Qaçqınlar Komitəsinin Berlində yerləşən analitik mərkəzindən Culia Black deyib ki, sadəcə son 2 gündə azı 215 nəfər həyatını itirib.