Suriya dövləti müharibə və terror səbəbindən ölkədən gedən və xarici dövlətlərdə qaçqın kimi məskunlaşan vətəndaşlarına ölkəyə qayıtmaq üçün müraciət edib.
Teleqraf.com xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyindən verilən açıqlamada müharibə, qarşıdurma, terror və digər hadisələrə görə, Suriyadan gedən şəxslərin ölkəyə geri qayıtması tələb olunub.