Motorumun səsindən Türkiyə Böyük Millət Məclisinə gəldiyimi anlayacaqlar.
Teleqraf.com xəbər verir ki, bunu AKP-nin Sakarya millət vəkili Kənan Sofuoğlu söyləyib.
Motosikletçilər arasında dünya çempionu olan K.Sofuoğlu sənəd işləri ilə əlaqədar TBMM-ə gəlib.
1,5 ay əvvəl idman kariyerasını başa vuran Sofuoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istəyi ilə deputatlığa namizəd olduğunu və seçkilərdə qalib gəldiyini bildirib.