5 İyul 2018 12:31
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki gecəsi Huber köşkünün önündə camaat arasında 8 yaşlı körpənin ayağının əzilməsi Prezident Rəcəb Tayyib Ərdoğanı ağlatmışdı.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Türkiyə baş naziri Binali Yıldırım “Anadolu” agentliyinin "Redaktor masası" adlı layihəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkə başçısı xasiyyətcə kövrək insandır: “Seçki gecəsi körpənin ayağını əzməsi prezidentə elə təsir eləmişdi ki, telefonda danışanda ağlayırdı. Nə seçkidə qalib gəlməsinə, nə də o coşğuya hakim idi, bütün diqqətini o uşağa yönəltmişdi. Hətta “balkon çıxışını”ndan imtina etməyi belə düşünürdü”.

Xatırladaq ki, Türkiyədə seçkilərin nəticəsi açıqlandıqdan sonra Prezident Rəcəb Tayyip Ərdoğan “balkon çıxışını” sözügedən hadisəyə görə qısa etmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər