Norveç PKK terror təşkilatının rəhbərlərindən olan Duran Qalxana yaxınlığı ilə tanınan Gülzar Daşdəmiri Türkiyəyə təhvil verib.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, Qəndil dağlarındakı mağalarda xəstəliyə yoluxan Gülzar Daşdəmir Norveçə müalicə üçün gedib. 27 ildir terror təşkilatında türk əsgərlərə qarşı vuruşan PKK-lı Norveçdə də fəaliyyətini davam etdirib. Norveç dövlətinin rəsmi güc strukturları Gülzar Daşdəmirin Türkiyəyə təhvil verilməsi ilə bağlı qərar qəbul edib.