5 İyul 2018 14:58
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Menbiç bölgəsində yürüş zamanı baş verən partlayışda 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bombanın partlaması nəticəsində yürüş iştirakçıları arasında panika yaşanıb. Hadisə zamanı daha çox yaralının olduğu və onların ərazini tərk etməyə çalışdığı bildirilir.

Qeyd edək ki, ABŞ-la əldə olunan razılığa əsasən, Suriyanın Menbiç bölgəsində Türkiyə Silahlı Qüvvələri patrul nəzarəti həyata keçirir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər