5 İyul 2018 15:43
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğlu Hayk Sərkisyanın 11 il əvvəl törətdiyi cinayətin üstü açılıb. Ermənistan Baş Prokurorluğunun araşdırmasından sonra məlum olub ki, Hayk Sərkisyan 2007-ci ildə D.Simonyan adlı vətəndaşı odlu silahla yaralayaraq aradan çıxıb. Həmin dönəmdə açılmış cinayət işi də naməlum səbəbdən bağlanılıb.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, 11 il əvvəl işlənmiş cinayət Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı Artur Gevondyana məlum olub.

Belə ki, Hayk Sərkisyan cinayəti işlədikdən sonra silahı yaxınlıqdakı evin həyətinə atıb. Evin sahibi isə Artur Gevondyan olub.

Silahın üzərindəki barmaq izləri araşdırıldıqdan sonra cinayətkar tapılsa da, hansısa səbəbdən iş baxılmadan bağlanılıb. Lakin hadisədən 11 il sonra məlum olub ki, Hayk Sərkisyan Simonyanı Artur Gevondyanın evinin zirzəmisində vurub. Silah da Gevondyana məxsus olub.


Müəllif: Mənsur Rəğbətoğlu