Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi olmuş Əkmələddin İhsanoğlunun məğlubiyyəti onu dəstəkləyən Cümhuriyyət Xalq Partiyası (CXP) və Milliyyətçi Hərəkat Partiyasında (MHP) narazılıqla qarşılanıb. Xüsusilə də, CXP-də başqan Kamal Kılıcdaroğlunu istefaya dəvət edənləri sayı artmaqdadır.
Teleqraf.com xəbər verir ki, aralarında CXP-nin sabiq deputatları da olmaqla 50 partiya üzvü Kılıcdaroğlunu istefaya çağırıb. Keçmiş millət vəkilləri Kamal Anadol, Bülent Baratalı, Şahin Mengü, Zekeriya Akıncı, Tuncay Ercenk, Ergün Aydoğan bu gün parlamentdə mətbuat konfransı keçiriblər.
Onlar son prezident seçkilərindəki məğlubiyyətə görə K.Kılıcdaroğlunun məsuliyyət daşıdığını bildirib və onu istefaya çağırıblar.
Çıxış edənlər CXP başqanlığı postuna partiya yetkilisi Muharrem İncənin namizədliyinin irəli sürülməsinə müsbət yanaşdıqlarını bəyan ediblər.
Ayxan