6 İyul 2018 07:32
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Dyuk, Nanyan və Massaçusets Texnologiya İnstitutunun alimləri xərçəngin diaqnozlaşdırılması üçün yeni metod kəşf ediblər.

Teleqraf.com İKT-nyus-a istinadən xəbər verir ki, mütəxəssislər səs dalğaları vasitəsilə xəstəliyə yoluxmuş hüceyrələri aşkarlamaq niyyətindədirlər.

Xəstə hüceyrələr sağlamlardan daha böyük olur. Xüsusi tezlikli səs dalğaları onları aşkarlayır və növbəti analiz üçün müəyyən nöqtədə toplayır.

Alimlərin sözlərinə görə, hazırda xərçəngin diaqnozlaşdırılması üçün əsas metod biopsiya olaraq qalır. Lakin biopsiya səsli diaqnozlaşdırma ilə müqayisədə daha ağrılı və az effektivdir.

Bildirilir ki, xüsusi tezliyə malik səs dalğaları qan damarlarından keçir, dövr edən yoluxmuş hüceyrələrdən uzaqlaşır və geri dönürlər. Bu zaman xəstə cihazlara qoşulu vəziyyətdə olur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər