"Barak Obamanın dövründə KXDR ilə müharibə ehtimalı çox yüksək idi".
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, müharibə 50 milyondan çox insan ölümünə səbəb olacaqdı.
"Obamanın zamanında KXDR raket sınaqlarının sayını artırmışdı və nüvə istehsalını sürətləndirmişdi. İndi bunlar yoxdur", deyə Tramp qeyd edib.