ABŞ Prezidenti Donald Tramp jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazırlığı barədə danışıb.
Teleqraf.com xəbər verir ki, Tramp Rusiya ilə yaxşı münasibətlərin qurulmasının vacibliyini vurğulayıb və görüş zamanı “hər şeyin çox gözəl olacağı”na əminliyini bildirib.
“Görüşə hazırammı? Mən tam hazıram. Mən buna bütün ömrüm boyu hazırlaşmışam!”, – deyə Amerika lideri Montanadakı mitinqdə çıxışı zamanı bildirib. “Fox News” çıxışı canlı yayımlayıb.
Qeyd edək ki, Trampla Putinin ilk geniş formatlı görüşü iyulun 16-da Helsinkidə keçiriləcək. Kremldən bildiriblər ki, liderlər ikitərəfli əlaqələrin gələcək perspektivlərini və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə etməyi planlaşdırırlar.