6 İyul 2018 16:30
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, vəzifədə olduğu müddətdə korrupsiya cinayəti törətməkdə günahkar bilinib.

Qeyd edək ki, ötən il oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş baş nazir N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürüb.

Xatırladaq ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013-2017-ci illərdə) Pakistanın baş naziri olub. 2017-ci il iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində baş nazir vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər