6 İyul 2018 20:09
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq əsilli iki Böyük Britaniya vətəndaşı Türkiyənin cənub-qərbindəki Muğla vilayətinin Dalaman hava limanında saxlanıldıqdan sonra barələrində həbs qəti-imkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Məlumata görə, Ayman və Xariam Bərzan qardaşları Türkiyə sərhədini keçdikdən sonra hava limanı polislərinin diqqətini cəlb edib və saxlanılıblar. Mütəxəssislər onların telefonlarını və sosial şəbəkədəki postlarını yoxladıqdan sonra britaniyalıların fəaliyyəti Türkiyədə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli olduqlarına dair sübutlar tapıblar.

Məhkəmə araşdırmasından sonra onların həbsinə dair sanksiya verilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər