İraqda keçirilmiş parlament seçkilərinin Kərkük üçün bülletenlərinin əllə sayılması prosesi davam edir.
Teleqraf.com xəbər verir ki, iyulun 3-dən başlayan prosesdə kürd siyasi partiyaların nəticələri türkmən namizədlərin əlehinə saxtalaşdırdıqları artıq sübut edilib.
İraq Türkmən Cəbhəsinin yaydığı məlumata görə, Kərkükün Vasıti rayonunda Kürdüstan Vətənpərbərlər İttifaqının (KVİ) 1576 səslə “qalib” çıxarıldığı qutudakı bülletenlər dəyişdirilib. Son nəticəyə görə, KVİ bu rayondan cəmi 124 səs alıb.
Digər seçki məntəqəsində isə KVİ cəmi 115 səs alıb ki, bundan əvvəl kürd partiyasının burada 1363 səs aldığı iddia edilmişdi. Türkmən Cəbhəsinin səsləri isə 146-dan 629-a, 145-dən 738-ə qalxıb.
Eyni zamanda, türkmənlər Kərkük şəhərinin mərkəzindəki seçki məntəqlərində də, kürdləri geridə qoyaraq qələbə qazanıblar. Şəhər meydanında qələbəni bayram edən türkmənlərin Azərbaycan bayrağını qaldırdıqları da, diqqətdən yayınmayıb.
Qeyd edək ki, seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edən Türkmən Cəbhəsinin lideri Ərşad Salehi bir müddət əvvəl İraqın Baş naziri Fuad Məsumla görüşmüşdü. Görüşdə nəticələrin yenidən hesablanması barədə razılaşma əldə edilmişdi.