8 İyul 2018 08:04
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq Baş naziri və hakim “Gürcü arzusu – demokratik Gürcüstan” Partiyasının sədri Georgi Kvirikaşvili partiya sədrliyindən də istefa verdi. Beləliklə, partiyada gözlənilən parçalama baş verdi.

Bunu Teleqraf.com-a açıalamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O qeyd edib ki, bununla da sabiq prezident, Vahid Milli Hərəkat Partiyasının sədri Mixail Saakaşvili başda olmaqla gürcü müxalifətinə gün doğub:

“Zənnimcə, müxalifət liderləri güclərini birləşdirsələr, payızda keçiriləcək prezident seçkilərində prezident Giorgi Marqvelaşvilini postundan edə, hətta yeni bir “qızılgül inqilabı” ilə Bidzina İvanişvilini iqtidardan belə devirə bilərlər. İnanıram ki, Saakaşvili artıq yeni bir həmləsinin planını qurub və onu qarşıdakı aylarda həyata keçirəcək”.

Qeyd edək ki, G.Kvirikaşvili 30 dekabr 2015-ci ildən 20 iyun 2018-ci ilədək Gürcüstanın Baş naziri olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər