15 Avqust 2014 17:11
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan Türkiyə arasındakı sərhədlərin açılması ilə bağlı yayılan məlumatlar təsadüfdən başqa bir şey deyil".

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkədə yeni hakimiyyət formalaşdıqdan sonra Ermənistan-Türkiyə sərhədlərinin açıla biləcəyi ilə bağlı bəzi KİV-də yayılan məlumatlara münasibət bildirərkən deyib.

Səfir bildirib ki, bu cür xəbərlərin yayılması tamamilə təsadüfidir: "İnkidi Prezident Abdullah Gülün xarici işlər üzrə nümayəndəsi bu məsələyə aydınlıq gətirib. 2 ildir Bakıda səfir vəzifəsində çalışıram və həmişə də bu suala eyni cavabı verirəm ki, sərhədlərin açılması mümkün deyil. Bu xəbəri kim hansı məqsədlə yayır deyə bilmərəm, ancaq yorulmadan və rahat bir şəkildə cavab vermək iqtidarındayam. Çünki Türkiyənin bu mövzuya yanaşması aydındır. Heç bir müzakirəyə də ehtiyac yoxdur".

Qeyd edək ki, bəzi xarici və yerli KİV iddia edir ki, qondarma "erməni soyqırımı"nın "100 illiyi" ərəfəsində Türkiyə 2015-ci ildə Ermənistanla sərhədləri açacaq.


Müəllif:

Oxşar xəbərlər