Türkiyə Böyük Millət Məclisində bu gün keçirilən ümumi iclasda deputatlar and içiblər.
Teleqraf.com xəbər verir ki, İyi Partiyasının deputatı Durmuş Yılmaz ən yaşlı millət vəkili kimi müvəqqəti olaraq Məclisə rəhbərlik edib.
Məclisdə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi 1 dəqiqəlik süküutla anılıb. Prezident Rəcəb Tayyib Ərdoğan sükütdan sonra məclisi tərk edib.
Deputatlar and içdikdən sonra İstiqlal Marşı səsləndirilib.
Məclisdə millət vəkillərinin sayı 550-dən 600 qədər artdığı üçün bəzi deputatlar ayaq üstə qalıb.