Liviya Milli Müqavimət Hökumətinin Milli Neft Şirkəti Hariga və Hilali bölgəsində yerləşən limanların neft ixrac etməməsi səbəbindən 920 milyon dollara yaxın ziyan o0lduğunu ifadə edir.
Teleqraf.com xəbər verir ki, Hariga (Tobruk) və Neft Hilali bölgəsində yerləşən limanların ixracat həyata keçirə bilməməsi səbəbindən istehsal edilməyən neftin 12,5 milyon barel olduğu üzə çıxıb.
İxracatın dayanması səbəbindən zərərin 920 milyon dollara çatdığı, gündəlik zərərin isə 67 milyon dollara yaxınlaşdığı qeyd edilir.
Milli Neft Şirkəti vurğulayır ki, böhrandan əvvəl Liviyada gündəlik bir milyon barel neft istehsalı hazırda 527 min barelə düşüb.
Qeyd edək ki, Liviyada keçmiş neft quyularının mühafizəsinin komandanı İbrahin Cedarana bağlı olan silahlılar ötən ay Neft Hilali bölgəsinə hücum həyata keçirib, bundan sonra qarşıdurmalar başlayıb. Cederana bağlı hərbi qüvvələr bəzi ərazilərə nəzarəti ələ keçirib. Bununla da, ərazidən neftin ixracatı dayanıb.