Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Rusiya üzərində qazanılmış qələbəni qeyd etmək üçün milli komandanın soyunub-geyinmə otağına baş çəkib.
Axar.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi Tvitter hesabı informasiya yayıb.
Məlumata görə, milli komandanın köynəyini geyinən ölkə başçısı futbolçularla birlikdə şəkil çəkdirib.