Tailandda ziyarət etdikləri mağarada itən və 9 gün sonra tapılan 12 yeniyetmə futbolçu ilə məşqçilərinin xilas edilməsi əməliyyatı başlayıb.
Teleqraf.com xəbər verir ki, əməliyyatda 40 dalğıc iştirak edir. Onlardan 30-u xarici, 5-i mülki və 5-i hərbi dalğıcdır.
Rəsmi açıqlamada bildirilir ki, mağarada qalanlardan birincisi ən yaxşı halda 11 saatdan sonra xilas ediləcək. Bütün əməliyyata isə 2-4 gün arası davam edəcək.
Milyarder İlon Mask 9 nəfərlik mühəddis heyətini Tailanda göndərib. O, uşaqların kiçik sualtı qayıqlarlarla xilas edilə biləcəyini bildirib.