Türkiyənin Böyük Millət Məclisində (TBMM) andiçmə mərasimində İYİ Partiyasından olan bəzi millət vəkillərinin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının əlini öpməsi İYİ-nin başçısı Meral Akşener tərəfindən qəzəblə qarşılanıb.
Akşener millət vəkillərindən partiyanın prinsiplərinə riayət etməyi tələb edib.
“Mən siyasi nəzakəti yaxşı bilirəm. Ancaq bu, siyasi nəzakət deyil. Partiyamıza FETÖ-çü deyən, hətta partiya sədrinin namusuna belə söz deyənlərə hörmət göstərmək siyasi nəzakət deyil. Prinsiplərimizə riayət edənlər bizimlə ola bilər. Riayət edə bilməyənlər dərhal İYİ Partiyasını tərk etsinlər”, - o deyib.