9 İyul 2018 13:00
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan başçısı Ramzan Kadırov paytaxt Qroznı şəhərinin meri Müslüm Xuçiyevi ölkənin yeni baş naziri təyin edib. Qeyd edim ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin qəbul etdiyi gözlənilməz qərarla Çeçenistanın baş naziri Əbubəkr Edelgeriyevi özünə müşavir təyin etmişdi.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O qeyd edib ki, Ə.Edelgeriyev R.Kadırovun həmkəndlisi və uşaqlıq dostudur:

“Böyük ehtimalla Putin onu Kadırovun təklifi əsasında bu vəzifəyə təyin edib. Bir ehtimal da bundan ibarətdir ki, Putin Kadırovu Çeçenistan rəhbərliyindən azad edəcək və uzun illər ona sədaqətlə xidmət edən kadrına özündən sonrakını müəyyən etməkdə tam sərbəstlik verib”.

Z.Əmrəliyev qeyd edib ki, burada diqqət çəkən məqam isə Kadırovun son dövrlərdə yürütdüyü kadr siyasəti ilə bağlıdır:

“Belə ki, respublika rəhbəri son zamanlar yüksək postlara yeni kadrlar təyin edərkən, üstünlüyü əsasən qohumu olan gənclərə verir. Diqqətə çatdırım ki, yeni baş nazir Xuçiyev Kadırovun yaxın qohumudur. Kadırov yeni baş nazirin əvvəlki vəzifəsinə – Qroznı meri postuna isə öz bacısı oğlu İbrahim Zakiriyevi təyin edib. Zənnimcə, Kadırov vəzifəsini əldən verməyə razı olsa da, Çeçenistanı əldən vermək istəmir. Elə son təyinatlar da bundan xəbər verir. Belə görünür ki, Putin də bununla razılaşıb. Yeni müşavir təyinatı və onun Kadırovun yerinə əsas namizəd kimi cəmiyyətə təqdim olunması da elə buna hesablanan addımdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər