Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məclisdə and içərək, yeni sistemin ilk prezidenti лшьш adını tarixə yazdırdı.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, bununla əlaqədar Prezident Sarayında geniş ziyafət düzənlənib.
Ziyafətə aralarında 22 nazirin də olduğu 6 min nəfər dəvət olunub. Törənə qatılanlar arasında Türkiyənin 11-ci Prezidenti Abdullah Gül də var.
Qeyd edək ki, seçki öncəsi müxalifətin namizədi kimi adı hallanan Gül "konsensus əldə olunmadığı üçün namizəd olmadım" deyə açıqlama vermişdi.