ABŞ-ın Missuri ştatının polisi yeniyetmə Maykl Braunu vuran polis əməkdaşının adını açıqlayıb.
Polis şefi Tomas Ceksonun sözlərinə görə, gülləni Darren Uilson adlı polis açıb.
Daha əvvəl onun adı təhlükəsizlik qaydalarına görə açıqlanmırdı. Sosial şəbəkələrdə polislərin ünvanına təhdidlər meydana çıxmışdı.
Polisdə iddia olunur ki, Braun polis maşınında yaranmış mübarizənin gedişatında bir neçə güllə yarası alıb, ancaq şahidlər iddia edirlər ki, Braunun silahlı olmayıb və onu durarkən vurublar.
Yeniyetmənin ölümü Ferqyuson şəhərində toqquşmalara səbəb olub. Statın qubernatorunun sözlərinə görə, şəhər bir neçə gün "döyüş zonasına" çevrilib. Polis nümayişçilərə qarşı güc tətbiq etməyə məcbur olub.