11 İyul 2018 19:59
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO sammitindən əvvəl alyansın Baş katibi Yens Stoltenberqlə səhər yeməyində görüşən ABŞ Prezidenti Donald Tramp Almaniyanı Rusiyanın forpostu olmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, Amerika prezidenti son zamanlar Avropaya qarşı Rusiya təhdidinin artmasına diqqət çəkib.

“Avropanı Rusiyadan qorumaq lazımdır. Əgər bu belədirsə, niyə NATO üzvü olan Avropa dövlətləri enerji üçün Rusiyaya milyardlarla dollar pul verirlər?”, - deyə Tramp qeyd edib.

ABŞ prezidenti Almaniyanın Rusiya ilə neft-qaz anlaşmasını imzalamasının məqsədəuyğun hesab etmədiyini deyib: “Almaniya enerji üçün Rusiyaya fantastik həcmdə pullar verir. Çünki Almaniya Rusiyanın forpostudur, onun əsiridir. Rusiya Almaniyanın 70 faizinə nəzarət edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər