2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etmiş Fətullahçı Terror Təşkilatının (FETÖ) 72 üzvünə hökm oxunub.
Teleqraf.com xəbər verir ki, 72 hərbçi çevrilişə cəhdin baş verdiyi gecə İstanbul şəhərinin Şəhidlər Körpüsü adlanan ərazisində terror aktı həyata keçirməkdə ittiham edilib.
FETÖ üzvləri cəzalarını ağır cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqlarından ömürlük məhrum ediliblər.