12 İyul 2018 15:14
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın yeddi möcüzəsi”ndən biri kimi tanınan Tac Mahal kompleksinə daxil olan məsciddə cümə namazı qılmaq qadağan edilib.

Teleqraf.com xəbər verir ki, Hindistanın Aqra şəhərində yerləşən məscidlə bağlı qərar yalnız şəhər xaricindən gələnlərə şamil edilib.

Qərar Hindistanın Ali Məhkəməsi tərəfindən verilib.

Məhkəmənin qərarında bildirilir:

“Tac Mahal dünyanın yeddi möcüzəsindən biridir və bunu qorumaq lazımdır. Aqrada çoxlu məscid var. Namaz qılmaq istəyənlər bu məscidlərdə qıla bilərlər”.

Qərara görə, Tac Mahalda cümə namazı qılmaq istəyənlər Aqra sakini olduqlarını sübut edən sənədi təqdim etməlidirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər