13 İyul 2018 00:57
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb koalisiyasının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edən Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarə Yəmənlə sərhəddə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, texniki nasazlıq üzündən qəzaya uğrayan təyyarənin pilotları vaxtında katapult ola biliblər.

“Tornado” tipli hərbi təyyarənin təlim uçuşundan qayıdarkən qəzaya uğradığı bildirilir. Digər mənbələr isə qırıcının Səada əyalətində şiə qiyamçıların mövqelərinə həmlədən sonra qəzaya uğradığını qeyd ediblər.


Müəllif: Teleqraf.com