13 İyul 2018 19:57
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko ABŞ dövlət başçısı Donald Trampın Baltik Dənizindən qaz xəttinin çəkilməsilə bağlı Rusiya ilə anlaşma imzalayan Almaniyaya yönəli ittihamlarını doğru sayıb.

Teleqraf.com xəbər verir ki, Poroşenko "France 24 TV"yə müsahibəsində "boru kəmərinin siyasi layihə" olduğunu vurğulayıb.

Poroşenko Trampın "Almaniya Rusiyanın əsiridir" fikirinə qoşulduğunu bildirib.

Qeyd edək ki, NATO-nun Brüsseldə keçirilən Zirvəsində qəhvəaltı zamanı NATO baş katibi Jens Stoltenberg ilə bir araya gələn Tramp Almaniyanın müdafiə xərclərini artırmamasını və Berlinin Rusiyaya yönəli enerji siyasətini tənqid etmişdi.

"Avropanı Rusiyadan qorumalı olduğumuz deyilir. Onda nə üçün NATO ölkələri enerji üçün Rusiyaya milyardlarla dollar ödəyir? Almaniya Rusiyaya böyük ödənişlər edir. Bunun üçün də o Rusiyanın əsiridir". O, qeyd edib ki, Rusiya təbii qaz sayəsində Almaniyanın 70 faizinə nəzarət edəcək.

Tramp NATO müttəfiqlərinin 10 il ərzində yox, anındaca müdafiə xərclərini artırmalı olduğunu deyib. "Bu qəbuledilməzdir. Biz Almaniya, Fransanı, hər kəsi qoruyuruq. Çox pul xərcləyirik. İllərdir bu şəkildə davam edir. ABŞ-ın digər prezidentləri də bunu gündəmə gətirib, amma heç bir iş görülməyib. Bu bizim ölkəmiz üçün böyük haqsızlıqdır.

Almaniya çox varlı ölkədir. Müdafiə xərclərini günü sabah artıra bilər və heç bir problem yaşamaz".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər