Türkiyədə fövqəladə vəziyyət rejimi iyulun 18-da bitəcək.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib. Sonradan 7 dəfə üçaylıq müddətə uzadılıb.