13 İyul 2018 23:54
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın neftlə zəngin Bəsrə şəhərində elektrik enerjisinin verilişində yaranmış uzunmüddətli fasiləyə görə əhali ayağa qalxıb.

Teleqraf.com xəbər verir ki, aksiyalar ətraf şəhərlərə də yayılıb. Etirazçılar Bəsrədə İraq baş naziri Heydər əl-İbadinin qaldığı otelin önünə gələrək içəri keçmək istəyiblər.

Nəcəf, Meysan və Nasiriyyə şəhərlərində də işıqların sönməsinə etiraz olaraq aksiyalar keçirilib.

Nəcəfdə etirazçılar icra nümayəndəliyinin binasına daxil olublar.

Əhali neft şirkətlərinə yerli insanların işə götürülməməsinə, temperaturun həddindən artıq yüksəlməsi üzündən baş verən elektrik kəsintilərinə və ümumi dövlət xidmətlərinin səviyyəsinin aşağı olmasına etiraz edirlər.

Qeyd edək ki, İraqda ixrac edilən neftin 80 faizi Bəsrə şəhərində çıxarılır.


Müəllif: Ruslan

Oxşar xəbərlər