14 İyul 2018 16:25
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktar və onun rəhbərlik etdiyi şəbəkəyə qarşı əməliyyatlarla bağlı yeni detallar üzə çıxıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, Adnan Oktar polisə verdiyi ilk ifadədə dəli olmadığını söyləyib.

“Psixi problemim olmadığına dair 60-a yaxın həkim rəyi var”, - deyə Adnan Oktar deyib.

Dünən aparılan istintaq çərçivəsində 235 şübhəlidən 192-sinin saxlanıldığı bildirilir. “Kediciklər” adlandırılan şübhəli 106 qadının 105-i tutulub.


Müəllif: Kəmalə

Oxşar xəbərlər