ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kraliçası II Yelizavetanı bəsirət gözü açıq, heyranedici incəliyə malik qadın adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə kraliça ilə görüşdən sonra “Daily Mail”ə müsahibəsində bildirib.
“O möhtəşəm qadındır: bu qədər enerjili, fərasətli və bəsirət gözü açıq. O, valehedici idi! Son dərəcə diqqətçəkici və gözəl. Nəhayət, bu böyük şərəfə – onunla görüşməyə nail oldum”, – deyə ABŞ lideri bildirib.
Ağ Ev rəhbəri etiraf edib ki, onun anası – Şotlandiyanın Hebrid adasında dünyaya gələn mərhumə Meri Enn Tramp II Yelizavetanın böyük pərəstişkarı idi, onu zərifliyin təcəssümü hesab edirdi.
Onu da qeyd edək ki, D.Tramp II Yelizaveta ilə görüşən sayca 12-ci ABŞ Prezidenti olub.