Mayın 31-də ABŞ Prezidenti Donald Trampla görüşən erməni model Kim Kardaşyan dünyanın digər nüfuzlu siyasi lideri ilə görüşə hazırlaşır.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, erməni model bu dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.
Kim Kardaşyan artıq bununla bağlı Kremlə müraciət ünvanlayıb.
O, Trampla görüşünü 21 ildir Alabama həbsxanasında cəza çəkən 5 uşaq anası Alisiya Mari Conson üçün əfv istəyinə bağlasa da, Putinlə hansı məqsədlə görüşmək niyyətini naməlum saxlayıb. Kim Kardaşyan bununla bağlı Tvitter izləyicilərinin suallarını da cavabsız qoyub.
O, eyni zamanda jurnalistlərin bununla bağlı ünvanladıqları suala da, cavab verməkdən imtina edib.