Bu gün Əfqanıstan paytaxtında Kənd Təsərrüfatı Nazirliyinin binası önündə partlayış törədilib.
Teleqraf.com xəbər verir ki, partlayış yerli vaxtla saat 16.30 radələrində Kabilin Darulaman rayonunda baş verib. Terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu nazirliyin binasının darvazası qarşısında işə salıb. Nazirliyin rəsmi nümayəndəsi Faridun Azhand partlayışın işçilər nazirlikdən çıxarkən törədildiyini bildirib. Partlayış nəticəsində 10 nəfər ölən və yaralanan var.