15 İyul 2018 22:58
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-Meksiko ştatında yol qəzası nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Albukerke şəhərindən 30 km şimalda baş verib. Sərnişin avtobusu ilə minik avtomobili, pikap və yük avtomobili toqquşub.

Qeyd olunur ki, avtobusda 35 nəfər olub. Bütün yaralananlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri məlum deyil.


Müəllif: Teleqraf.com