ABŞ prezidenti Donald Tramp iyulun 16-da Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Helsinkiyə gəlib.
Bu haqda Finlandiya paytaxtının aeroportundan “RİA-Novosti” agentliyinin müxbiri bildirib.
Daha əvvəl Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə keçirəcəyi görüşün detalları açıqlanıb.