Almaniya məhkəməsi Tunisə təhvil verilən “Əl-Qaidə” qruplaşmasının keçmiş lideri Bin Ladenin cangüdəni Sami A-nın geri göndərilməsini tələb edən qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, Gelsenkirchen Məhkəməsi Sami.A-nın Tunisə verilməsini "hüququn kobud şəkildə pozulması" kimi qiymətləndirib və onun geri gətirilməsini tələb edib.
Tunis hökuməti Sami A-nın terrorçu olduğunu və onu geri verməyəcəklərini bəyan edib.
Qeyd edək ki, Sami A. 1997-ci ildən bəri Almaniya hökumətindən müavinət alır.
Almaniya hökuməti Sami A. adlı şəxsin aya 1,168 avro məbləğində dövlət müavinəti aldığını təsdiqləyib.
Həmin şəxsin təhlükəsizliyi məqsədi ilə soyadı və atasının adı ictimaiyyətdən gizli saxlanılıb.
Sami.A ekstrimistlərlə heç bir əlaqəsinin olmadığını bildirir. O, hələ 11 sentyabr teraktından əvvəl Bin Laden mühafizə dəstəsindən ayrılıb. Tunisdə xüsusi xidmət orqanlarının ona işgəncələr verəcəyindən qorxduğundan hökumətdən sığınacaq istəmişdi. Uzun sürən məhkəmə araşdırmasından sonra Sami bu gün səhər Tunisə təhvil verilib.