16 İyul 2018 18:56
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya kraliçası II Yelizaveta ilk dəfə ailə üzvlərinin müşayiəti olmadan xarici qonağı qəbul edib.

Teleqraf.com xəbər verir ki, kraliçanın vəliəhd şahzadələri - oğlu Çarzl və nəvəsi Uilyams ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya ilə görüşdən imtina ediblər.

Bukingem sarayından bildiriblər ki, buna Trampın səfərinin qeyri-rəsmi olması səbəb olub.

Ancaq “The Sunday Times” yazır ki, monarx ailəsinə yaxın mənbələr Trampla görüş zamanı II Yelizavetanı kimin müşayət edəcəyi müzakirə edilərəkən, Çarlz və Uilyamın bundan imtina etdiklərini bildirib.

“Onlar sadəcə iştirakdan imtina ediblər. Kraliçanın müşayiət olmadan görüşü çox qeyri-adi haldır”.

Hətta kraliçanın həyat yoldaşı şahzadə Filipp belə xanımını müşayiət etmək istəməyib.


Müəllif: Ruslan

Oxşar xəbərlər