İngiltərənin paytaxtı Londonda aşığı sağçı və İslam əleyhdarları olan İngilis Müdafiə Birliyinin (EDL) üzvləri hicablı sürücüyə hücum ediblər.
Teleqraf.com xəbər verir ki, "The Independent" qəzeti hadisəni bu cür qiymətləndirib: "Hücumdan sonra sərnişinlər avtobusu tərk etsələr də sürücü "gəmisini tərk etməyən kapitan kimi etirazçılara cəsarət və təbəssümlə qarşılıq verdi".
EDL üzvləri qanunla qadağan olmasına baxmayaraq feysbukda məhkəmədən görüntülər yayımladığı üçün 13 ay azadlıqdan məhrum edilən sabiq liderləri Tommi Robinsonun sərbəst buraxılmasını tələb ediblər. Radikallara ABŞ-dakı sağçılar da dəstək veriblər.
Aksiyada Londonun müsəlman bələdiyyə sədri Sadik Xanın şəkili donuzabənzər şara yapışdırılıb.
Aksiyanın sonunda dağılışan etirazçılar Trafalgar meydanı ilə hərəkət edən sərnişin avtobusunun hicablı sürücüsünə hücum ediblər.
Bu zaman sərnişinlər avtobusu tərk etsələr də, sürücü polis gələnə qədər sükanı əldən verməyib.