ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Finlandiyanın paytaxtı Helsinkidə keçirilən tarixi görüş İngiltərə Parlamentinin alt qanadı olan İcmalar Palatasında müzakirə edilib.
Müzakirələrdə çıxış edən İngiltərənin baş naziri Tereza Mey ötən həftə Brüsseldə NATO-nun Zirvəsində iştirak etdiyini xatırladaraq toplantıda Rusiyanın Qərbə təhdidlərinin müzakirə edildiyini diqqətə çatdırıb.
T.Mey İngiltərənin qərbindəki Salisbury qəsəbəsində baş verənləri və zəhərlənmə olaylarını önə çəkib: "Bütün bunlar qlobal normalara və qadağalara Rusiyanın laqeyd münasibətinin nəticəsində baş verib. Kimyəvi zəhərlənmə, Qərb demokratiyasını baltalamaq, beynəlxalq maraqlarımıza zərər vermək üçün yaxşı hazırlanmış bir davranış modelinin tərkib hissəsidir. Son illər Rusiya İrana silah satışını arıtırıb, Suriya rejiminin kimyəvi silahdan istifadə etdiyini pərdələyir, iqtisadi zərərlərə yol açan kiber hücumlar təşkil edir və yalan xəbərlər yayır. Maraqlarımızı və dəyərlərimizi zəiflətiyi sürədə Rusiyaya qarşı mücadilə davam etməlidir".