Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın mətbuat konfransından öncə suriyalı jurnalist nüvə silahının qadağan edilməsi tələbi yazılan kağızı qaldırmağa cəhd göstərib.
Teleqraf.com xəbər verir ki, mühafizə xidməti buna imkan verməyib və o, salondan kənarlaşdırılıb.
Lakin jurnalist yenidən qayıdıb və bu zaman qarşıdurma yaranıb. Daha sonra media nümayəndəsini təhlükəsizlik xidmətinin əməkdaşları salondan uzaqlaşdırıb.