17 İyul 2018 13:54
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 222 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kiodo” agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə əsasən, təbii fəlakətin baş verməsindən 10 gün ötməsinə baxmayaraq, itkin düşən 20 nəfərin yeri məlum deyil.

Hələ ki 4 minə yaxın vətəndaş təxliyyə mərkəzlərində qalır.

Leysan yağışları və daşqınlardan ən çox Xirosima, Exime, Okayama, Yamaquçi, Kyoto, Gifu, Hyoqo, Koçi və Fukoko bölgələri zərər görüb.

Zərər görmüş şəhərlərdə mağazalfr və su təhcizatı sistemi işləmir.


Müəllif: Ruslan

Oxşar xəbərlər