18 İyul 2018 08:28
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Liviyadakı qiyamçı Liviya Milli Ordusunun komandanı, general Xəlifə Hafter arasında gizli görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan "Wall Street" jurnalı məlumat verib.

Jurnal yazır ki, qiyamçı general Liviyadan neft satışını ələ keçirmək istəyir. BƏƏ-nin isə qeyri-qanuni yollarla neft satışı üzrə “mütəxəssisləşməsi” Xəlifə Hafnerin cəlb edib. Əldə edilmiş anlaşmaya görə, BƏƏ öz şirkətləri vasitəsilə Xəlifə Hafnerin planını həyata keçirmək niyyətindədir.

Liviya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Əhməd əl-Məsmari isə Xəlifə Hafnerlə razılaşdıqlarını bildirib. Əl-Məsmari qeyd edib ki, general Liviyanın enerji resurslarının mərkəzi hökumət (Benqazi) tərəfindən satışına razılıq verib.

Lakin indiyədək BƏƏ hökuməti və Liviya Milli Ordusunun yetkililərinin yayılmış məlumatlara rəsmi münasibət bildirməməsi, şübhələri artırır.

Jurnal vurğulayır ki, 2016-cı ildə 18 BƏƏ şirkəti Liviyada qeyri-qanunu neft satışından külli mqidarda maddi vəsait əldə edib.


Müəllif: Mənsur Rəğbətoğlu