Türkiyənin “Beşiktaş” klubu xorvatiyalı Domqov Vidanı İspaniyanın “Atletiko” komandasına sata bilər.
Teleqraf.com xəbər verir ki, türk klubu oyunçunun transferindən 35 milyon avro qazanmaq istəyir. Tərəflərin tam olaraq razılaşmadığı bildirilir.
Qeyd edək ki, Vida yanvarda Ukraynanın “Dinamo” klubundan “Beşiktaş”a keçib. Müdafiəçi 29 oyuna 3 qol vurub.