17 İyul 2018 21:42
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran təhdidi tamamilə ortadan götürülməyənədək ABŞ hərbi qüvvələri Suriyada qalacaq.

Teleqraf.com ABŞ-ın ABC telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik İdarəsinin məsləhətçisi Con Bolton deyib.

Bolton açıqlamasında Suriyada Bəşər Əsəd rejiminə dəstək verən İranı İŞİD terror təşkilatı ilə müqayisə edib:

“Hər ikisi dünya və bölgə üçün təhdid mənbəyidir. Buna görə də, Yaxın Şərqdə İŞİD-in regional xəlifəliyi və İran təhdidi tamamilə ortadan götürülməyənə qədər hərbi qüvvələrimizi Suriyadan geri çəkməyəcəyik. ABŞ Prezidenti Donald Tramp da, bunu qəti şəkildə bildirib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər